Tarkandan duyğusal mesaj – VİDEO

Megastar Tarkan 7 ildən sonra İstanbulda verdiyi 10 möhtəşəm konsertin ardından pərəstişkarlarına duyğusal videolu mesajla müraciət edib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, sənətçi paylaşdığı videoda yaşadığı hissləri səmimi şəkildə ifadə edib.
Tarkan bildirib ki, konsertlərin təsirindən hələ də çıxa bilməyib:
“Desəm ki, bir az boşluğa düşmüş kimiyəm, yanılmaram. Konsertlər o qədər möhtəşəm idi ki, hələ də bunun təsiri və sizin enerjiniz altındayam. Birlikdə yaratdığımız o möhtəşəm enerji inanılmaz idi, unuda bilmirəm. Sizin üçün indidən darıxdım”.
Sənətçinin bu paylaşımı qısa zamanda sosial şəbəkələrdə geniş maraq doğurub və minlərlə pərəstişkarı tərəfindən böyük sevgi ilə qarşılanıb.
Video ucun menbeyey baxin: https://sonxeber.az/387426/tarkandan-duygusal-mesaj-video
Mənbə: https://sonxeber.az/387426/tarkandan-duygusal-mesaj-video



