Tapdığı çantanı qaytarmadı, işindən oldu – VİDEO

Türkiyənin Uşak şəhərində bələdiyyəyə bağlı təmizlik işçisi tərəfindən tapılan və içərisində dəyərli əşyalar olan çantanın aidiyyəti qurumlara təhvil verilməməsi ilə bağlı araşdırma aparılıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, məlumata görə, sözügedən şəxs yerdə tapdığı çantanı səlahiyyətli orqanlara təqdim etmək əvəzinə götürərək hadisə yerindən uzaqlaşıb. Çantanın sahibinin polisə müraciətindən sonra təhlükəsizlik kameralarının görüntüləri araşdırılıb. Nəticədə çantanı götürən şəxsin kimliyi və hadisə anları dəqiqləşdirilib.
Araşdırmaların yekununda bələdiyyə rəhbərliyi tərəfindən həmin təmizlik işçisinin əmək müqaviləsinə xitam verilib. Hadisə ilə bağlı hüquqi prosedurların davam etdiyi bildirilib.
Video ucun menbeyey baxin: https://sonxeber.az/387452/tapdigi-cantani-qaytarmadi-isinden-oldu-video
Mənbə: https://sonxeber.az/387452/tapdigi-cantani-qaytarmadi-isinden-oldu-video



