Təyyarədə gərgin anlar: Oturacağını arxaya endirən sərnişindən görün necə qisas aldı - VİDEO - Admenasi
Hadise

Təyyarədə gərgin anlar: Oturacağını arxaya endirən sərnişindən görün necə qisas aldı – VİDEO

Doha-Moskva reysini həyata keçirən təyyarədə bir sərnişin önündəki oturacağın arxaya əyilməsinə etiraz olaraq ayaqlarını oturacağın arxa hissəsinə qoyub uzun müddət endirməyib. Kabin daxilində gərginliyə səbəb olan hadisə sosial şəbəkələrdə geniş rezonans doğurub.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, ekonom sinifdə səyahət edən qadın sərnişin qarşısında oturan şəxsin oturacağını geriyə əyməsinə əsəbiləşib. Bundan sonra o, ayaqlarını oturacağın arxa hissəsinə dayayaraq təkcə passiv etiraz etməyib, eyni zamanda oturacağı dəfələrlə silkələyərək önündə oturan qadını narahat vəziyyətdə qoyub.

Qısa müddətdə digər sərnişinlərin və kabin heyətinin diqqətini çəkən bu davranışa son qoymaq üçün ekipaj qadını ayaqlarını endirməyə razı salmağa çalışıb. Lakin təxminən 10-15 dəqiqə ərzində bu cəhdlər nəticəsiz qalıb. Bir məqamda qadının ayaqqabıları ön sırada oturan sərnişinin başı üzərində bir-birinə dəyəcək şəkildə hərəkət edib. Həmin vaxt zərərçəkən sərnişinin dizüstü kompüterdə işləməyə davam etdiyi bildirilib.

Bəzi sərnişinlər qadının bu davranışını yerinin yüksəldilməsi tələbinin rədd edilməsinə etiraz kimi qiymətləndiriblər. Digərləri isə baş verənləri sadəcə “kabin mədəniyyətinin olmaması” deyil, açıq-aşkar hörmətsizlik nümunəsi adlandırıblar.

Hadisə uçuşun növbəti mərhələsində kabin heyətinin təkidi ilə sona çatıb və qadın ayaqlarını endirməyə məcbur olub. Yaşanan gərgin anlar digər sərnişinlər tərəfindən lentə alınaraq sosial mediada sürətlə yayılıb.

Video ucun menbeyey baxin: https://sonxeber.az/386421/teyyarede-gergin-anlar-oturacagini-arxaya-endiren-sernisinden-gorun-nece-qisas-aldi-video

Mənbə: https://sonxeber.az/386421/teyyarede-gergin-anlar-oturacagini-arxaya-endiren-sernisinden-gorun-nece-qisas-aldi-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button