Təxminən 5-6 kiloqram qızıl oğurlayıb, lüks avtomobil alıb - VİDEO - Admenasi
Hadise

Təxminən 5-6 kiloqram qızıl oğurlayıb, lüks avtomobil alıb – VİDEO

Türkiyənin Iğdır şəhərində gecə saatlarında baş verən oğurluq hadisəsində təxminən 5-6 kiloqram qızılın talandığı məlum olub.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə dünən gecə saat 03:11 radələrində Cümhuriyyət prospektində yerləşən bir zərgərlik mağazasında baş verib. Motosikletlə mağazanın önünə gələn şəxs qapını sındıraraq içəri daxil olub.

Təhlükəsizlik kameralarına düşən görüntülərdə şübhəlinin kameraları fərq etdikdən sonra dəbilqəsini tam bağladığı, mobil telefonunun işığından istifadə edərək mağaza daxilində bir müddət dolaşdığı əks olunub. Daha sonra o, təxminən 5-6 kiloqram ağırlığında qızılı götürərək hadisə yerindən qaçıb.

Səhər saatlarında mağazanı açmaq üçün iş yerinə gələn sahibkar Habip Temirak oğurluğu aşkar edərək polisə məlumat verib. Hadisə yerinə gələn polis əməkdaşları təhlükəsizlik kameralarının görüntülərini araşdırmağa başlayıb və şübhəlilərin tutulması üçün genişmiqyaslı əməliyyat keçirilib.

Iğdır Respublika Baş Prokurorluğunun koordinasiyası ilə aparılan istintaq çərçivəsində oğurluq hadisəsində iştirak etdikləri müəyyən edilən İ.A. adlı qadın, həmçinin B.Ö. və M.B. saxlanılıb. Aparılan araşdırmalar nəticəsində oğurlanan qızıl və pulların bir hissəsi tapılıb.

Bundan başqa, şübhəlilərin cinayətdən əldə etdikləri gəlirlə BMW X5 markalı lüks avtomobil aldıqları müəyyən edilib və sözügedən nəqliyyat vasitəsinə də əl qoyulub. Saxlanılan şəxslər barəsində iş yerindən oğurluq, iş yerinin toxunulmazlığının pozulması, əmlaka zərər vurma və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması maddələri üzrə dörd ayrı ittihamla hüquqi tədbir görüləcəyi bildirilib.

Video ucun menbeyey baxin: https://sonxeber.az/384129/zerger-magazasindan-5-6-kiloqram-qizil-ogurlayib-masin-aldi-video

Mənbə: https://sonxeber.az/384129/zerger-magazasindan-5-6-kiloqram-qizil-ogurlayib-masin-aldi-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button