Tələbələrə kirayəyə verdiyi evə girən qadın gözlənilməz mənzərə ilə qarşılaşdı – VİDEO

Universitet tələbələrinə kirayəyə verdiyi evə girən bir qadın gözlənilməz mənzərə ilə qarşılaşıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Kiranı ödəmədən qaçdığı iddia edilən tələbələrdən sonra evdəki vəziyyət qadını böyük təəccübə salıb və o, yaşadığı məğlubiyyət qarşısında qəzəblənərək ağlayıb.
Evdə duş kabininin qırıldığını görən ev sahibi, onun dəmirlərinin də siqaret kötükləri ilə dolu olduğunu müəyyən edib. Sosial mediada yayılan görüntülər evin ciddi şəkildə zədələndiyini ortaya qoyub.
Sosial media istifadəçiləri ev sahibinə dəstək mesajları paylaşaraq belə halların getdikcə artdığına diqqət çəkiblər.
Video ucun menbeyey baxin: https://sonxeber.az/386343/telebelere-kirayeye-verdiyi-eve-giren-qadin-gozlenilmez-menzere-ile-qarsilasdi-video



