Tək bir səbəbi var! Görüntülərdəki tıxac toy karvanından deyil! – VİDEO

“Fənərbaxça” klubu Səudiyyə Ərəbistanının “Al Ittihad” komandasında çıxış edən fransalı futbolçu N’Qolo Kantenı 2,5 illik müqavilə ilə heyətinə qatıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, sarı-göy rəngli azarkeşlərin böyük həyəcanla gözlədiyi ulduz futbolçu dünən İstanbula gəlib.
Kante saat 21:30-da Sabiha Gökçen Hava Limanının Ümumi Aviasiya Terminalına enib. Onu qarşılamaq üçün hava limanına minlərlə “Fənərbaxça” azarkeşi toplaşıb. Öz imkanları ilə hava limanına gələn azarkeşlərin sayı o qədər çox olub ki, ayrılmış əraziyə sığmaqda çətinlik çəkiblər.
Bundan əlavə, Kantenı qarşılamaq üçün şəxsi avtomobilləri ilə hava limanına gələn azarkeşlərin yaratdığı nəqliyyat sıxlığının təxminən 1 kilometrlik növbəyə səbəb olduğu bildirilib. Azarkeşlərin avtomobillərin şüşələrindən çıxaraq Kante ilə assosiasiya olunan musiqi sədaları altında rəqs etdikləri də müşahidə olunub.
Video ucun menbeyey baxin: https://sonxeber.az/387058/tek-bir-sebebi-var-goruntulerdeki-tixac-toy-karvanindan-deyil-video
Mənbə: https://sonxeber.az/387058/tek-bir-sebebi-var-goruntulerdeki-tixac-toy-karvanindan-deyil-video



