Təcili tibbi yardım maşını alov-alov yandı, sürücü xəstəni görün necə xilas etdi – VİDEO

Türkiyənin Amasya şəhərində xəstəxanadan evə aparılan yaşlı xəstəni daşıyan təcili yardım avtomobili hərəkətdə olarkən yanıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Amasya Üniversitesi Sabuncuoğlu Şerefeddin Eğitim ve Araştırma Hastanesində müalicəsi başa çatan xəstə evə aparılarkən avtomobilin mühərrik hissəsindən tüstü qalxmağa başlayıb. 30 ildən artıq təcrübəsi olan sürücü Hakan Yalçın dərhal maşını saxlayaraq xərəkdə olan xəstəni və onun iki yaxınını təxliyə edib.
Alovların artmasına baxmayaraq, sürücü partlayış riskinin qarşısını almaq üçün avtomobildəki iki oksigen balonunu da çıxararaq təhlükəsiz yerə aparıb. Yanğın hadisə yerinə gələn yanğınsöndürənlər tərəfindən söndürülüb, lakin avtomobil yararsız hala düşüb.
Hakan Yalçın bildirib ki, oksigen balonları vaxtında çıxarılmasaydı, daha ağır nəticələr baş verə bilərdi. Onun həmkarları isə bu addımı “böyük qəhrəmanlıq” kimi qiymətləndiriblər.
Video ucun menbeyey baxin: https://sonxeber.az/388179/tecili-tibbi-yardim-masini-alov-alov-yandi-surucu-xesteni-gorun-nece-xilas-etdi-video



