Sürücülük vəsiqəsi müsadirə olunan kuryer, çatdırılma üçün uzunqulaqdan istifadə etməyə başladı – VİDEO

İzmirin Kemalpaşa rayonunda yol polisi tərəfindən sürücülük vəsiqəsi əlindən alınan kuryer peşəsini tərk etmək əvəzinə nəqliyyat vasitəsini dəyişib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, motosikleti müsadirə olunan kuryer sifariş çantasını kürəyinə taxaraq eşşəklə yola çıxıb. Maraqlı anlar sosial şəbəkələrdə qısa zamanda viral olub.
Kadrlarda kuryerin kürəyində məşhur yemək sifarişi platformalarından birinə məxsus böyük qırmızı termal çantanın olduğu görünür. Lüks avtomobillərin və jandarma əməkdaşlarının arasından sakit şəkildə keçən kuryer yol hərəkəti qaydalarına əməl edərək eşşəyi ilə hərəkət edir.
Videonun ən diqqət çəkən məqamı isə kuryerin təkcə bir eşşəklə deyil, yanında bir də balası ilə irəliləməsi olub. Əsas küçə boyunca, turistik məkanların və restoranların önündən keçən bu qeyri-adi “karvan” ətrafdakı sakinlər tərəfindən təəccüb və təbəssümlə qarşılanıb.
Görüntülər yayıldıqdan sonra sosial şəbəkələrdə kuryerlə bağlı çoxsaylı zarafatlı şərhlər paylaşılıb. İstifadəçilər “Yanacaq bahalaşmasından təsirlənməyən yeganə kuryer”, “Vəsiqə də istəmir, sığorta da – tam ekoloji həll”, “At gücü az olsa da, əzmi yüksəkdir” kimi rəylər yazıblar.
Video ucun menbeyey baxin: https://sonxeber.az/387688/suruculuk-vesiqesi-musadire-olunan-kuryer-catdirilma-ucun-uzunqulaqdan-istifade-etmeye-basladi-video



