Sosial
Sürücülük imtahanında gərginlik: 7-ci cəhddə də uğursuz olan namizəd üsyan etdi

İstanbulda sürücülük imtahanına girən bir vətəndaş 7-ci dəfə uğursuz olduğunu öyrənəndə üsyan etdi.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, imtahan zamanı avtomobilin dayandırılmasından sonra maşından düşən sürücü namizədi, təkərin xəttə dəymədiyini iddia edərək komissiya üzvlərinə etiraz etdi. Özünün haqsız yerə uğursuz olduğunu iddia edən şəxs, həmin anları telefon kamerası ilə saniyə-saniyə qeyd etdi.
Ətrafdakı vətəndaşların təəccüblü baxışları arasında etiraz edən şəxsin görüntülərində, imtahanda qəsdən kəsildiyini düşündüyü anlar sosial mediada gündəm oldu.



