Hadise
Sumqayıtda zavodda partlayış oldu, yaralanan var

Sumqayıt şəhərində zavodda partlayış baş verib.
Sonxeber.az “Report”a istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində yerləşən zavodların birində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Elməddin Səxavət oğlu Qurbanov operator işlədiyi zavodda borunun partlaması nəticəsində termiki yanıq xəsarətləri alıb.
Mənbə: https://sonxeber.az/384816/sumqayitda-zavodda-partlayis-oldu-yaralanan-var



