Sumqayıt vətəndaşları üçün yaxşı xəbər: Yeni avtobus reysi təşkili - qiymətlər məlum.olub - Admenasi
Sosial

Sumqayıt vətəndaşları üçün yaxşı xəbər: Yeni avtobus reysi təşkili – qiymətlər məlum.olub

“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olan ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat xidmətləri ilə təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Sumqayıt-Laçın müntəzəm avtobus reysi təşkil edilir.

Milli.Az xəbər verir ki, fevralın 23-dən fəaliyyətə başlayacaq reys üzrə avtobuslar hər Gün Sumqayıt Avtovağzalından saat 07:00-da, əks istiqamətdə isə 17:30-da yola düşəcək. Sumqayıt-Laçın reysi üzrə gediş haqqı 16,60 AZN müəyyən edilib.

Xocalı, Xankəndi və Şuşa şəhərləri marşrut üzrə aralıq məntəqələri təyin edilib. Sumqayıt-Xocalı üzrə gediş haqqı 14,30 AZN, Sumqayıt-Xankəndi üzrə 14,80 AZN, Sumqayıt-Şuşa üzrə isə 15,20 AZN müəyyən edilib.

Qeyd edək ki, biletləri yalnız onlayn qaydada “biletim.az” portalı üzərindən əldə etmək mümkündür. Xatırladaq ki, Azərbaycan vətəndaşları “biletim.az” portalı və ya mobil tətbiqi üzərindən bilet əldə edərkən işğaldan azad edilmiş ərazilərə buraxılış üçün icazələr avtomatik qaydada təqdim olunur.

Mənbə: https://sonxeber.az/388339/sumqayit-sakinlerine-sad-xeber-yeni-avtobus-reysi-acilir-qiymetler

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button