Sosial mediada paylaşımlar edən polis əməkdaşı haqqında 4-cü dəfə istintaq başladılıb - VİDEO - Admenasi
Hadise

Sosial mediada paylaşımlar edən polis əməkdaşı haqqında 4-cü dəfə istintaq başladılıb – VİDEO

Sosial şəbəkələrdə yol hərəkəti qaydalarını izah etdiyi videolarla tanınan polis əməkdaşı Serkan Durmuş barəsində yenidən istintaq başladılıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, onunla bağlı indiyədək 12 ayrı şikayət daxil olub və buna görə daha əvvəl maaşından kəsinti cəzası tətbiq edilib.

Mövcud qaydalara əsasən, bu cəza çərçivəsində Serkan Durmuşun maaşının dörddə biri həcmində kəsinti edilməsi qərara alınıb. Lakin cəzaya baxmayaraq, polis əməkdaşı sosial mediada video çəkməyə və paylaşmağa davam edib.

Məhz bu səbəbdən Serkan Durmuş barəsində dördüncü dəfə araşdırma başladıldığı bildirilib.

Onun paylaşımlarının xidməti qaydalara zidd olub-olmaması ilə bağlı yoxlamalar davam etdirilir.

Video ucun menbeyey baxin: https://sonxeber.az/385244/sosial-mediada-paylasimlar-eden-polis-emekdasi-haqqinda-4-cu-defe-istintaq-basladilib-video

Mənbə: https://sonxeber.az/385244/sosial-mediada-paylasimlar-eden-polis-emekdasi-haqqinda-4-cu-defe-istintaq-basladilib-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button