Sosial mediada baxış naminə edilən hərəkət narazılıq doğurdu – VİDEO

Bir qadın kontent istehsalçısının sosial şəbəkə hesabı üçün “estetik” fotoşəkil çəkmək məqsədilə məscid mollasından namaz qılırmış kimi poza verməsini istəməsi ictimaiyyətdə ciddi narazılıq yaradıb.
Sonxeber.az xəbər verir ki, ibadət anını süni ssenari və kontent materialına çevirməyə cəhd edən həmin şəxsin çəkiliş zamanı lentə alınan görüntüləri qısa müddətdə sosial mediada geniş yayılaraq ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.
İstifadəçilər dini dəyərlərin və ibadət məkanlarının izlənmə naminə alətə çevrilməsini kəskin tənqid ediblər. “Kontent dəliliyi” kimi qiymətləndirilən bu davranışın müqəddəs dəyərlərə və din xadiminin tutduğu məqama hörmətsizlik olduğu bildirilib. Minlərlə sosial media istifadəçisi hadisəni qınayaraq bu cür hallara yol verilməməsinin vacibliyini vurğulayıb.
Video ucun menbeyey baxin: https://sonxeber.az/384509/sosial-mediada-baxis-namine-edilen-hereket-naraziliq-dogurdu-video
Mənbə: https://sonxeber.az/384509/sosial-mediada-baxis-namine-edilen-hereket-naraziliq-dogurdu-video



