Son üç saatda ABŞ və İsrail tərəfindən işğal olunmuş İrana 40-a yaxın şəxs təxliyə edilib - Admenasi
Sosial

Son üç saatda ABŞ və İsrail tərəfindən işğal olunmuş İrana 40-a yaxın şəxs təxliyə edilib

Son üç saatda Astara Sərhəd Gömrük keçid məntəqəsindən 10 Azərbaycanlı, bu dəqiqələrdə 5 Çin, 10 Rusiya, 4 Tacikistan vətəndaşları təxliyə olunub.

Sonxeber.az bu barədə “Report”a istinadən xəbər verir.

Astara Sərhəd Gömrük keçid məntəqəsindən Azərbaycan və xarici ölkə vətəndaşlarının keçidi davam edir.

Sonxeber.az “Report”a istinadən xəbər verir ki, bu dəqiqələrdə keçid məntəqəsindən bir Fransa, yeddi Tacikistan və beş Azərbaycan vətəndaşının keçidi təmin olunub.

Həmçinin, martın 1-dən bu gün səhər saat 10-a qədər Astara sərhəd gömrük keçid məntəqəsindən 40-a yaxın Rusiya vətəndaşı, 20 Pakistan və iki Tacikistan vətəndaşı təxliyə olunub.

Hazırda Rusiya vətəndaşlarının böyük bir qrupunun keçidi gözlənilir.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb.

Qeyd edək ki, bundan əvvəl 50 Çin vətəndaşı da təxliyə olunub.

Mənbə: https://sonxeber.az/389193/son-uc-saatda-irandan-azerbaycana-30-a-yaxin-sexs-texliye-edilib

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button