"Son illər ölkədə qeyri-ənənəvi dini təriqətlərin üzvlərinin sayında artım davam edir" - Ceyhun Məmmədov - Admenasi
Sosial

“Son illər ölkədə qeyri-ənənəvi dini təriqətlərin üzvlərinin sayında artım davam edir” – Ceyhun Məmmədov

Son vaxtlar ənənəvi dini dəyərləri gözdən salmağa çalışanların, dində “yeniliklər” etmək istəyənlərin sayı artmaqdadır..

Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin bugünkü iclasında deyib.

Onun sözlərinə görə, son illər ölkədə qeyri-ənənəvi dini təriqətlərin üzvlərinin sayında artım davam edir:

“Bu gün Azərbaycanın dini coğrafiyasında ciddi dəyişikliklər baş verir. Bu bizə gələcəkdə ciddi problemlər yarada bilər.

Təəssüflə qeyd etmək lazımdır ki, son vaxtlar ənənəvi dini dəyərləri gözdən salmağa çalışanların, dində “yeniliklər” etmək istəyənlərin sayı artmaqdadır. Bunu edənlər guya mövhumat və xurafatla mübarizə görüntüsü yaratmağa çalışırlar”.

Deputat cəmiyyətdəki çağırışların qarşısının alınması məqsədilə “Dini etiqad azadlığı haqqında” qanuna bir sıra dəyişikliklərin olunmasını təklif edib:

“Hesab edirəm, bu cür cəhdlərin qarşısı alınmalıdır. Yoxsa getdikcə cəmiyyətdə bu cür “yeniliklər” etmək istəyənlərin sayı artacaq və bu da cəmiyyətdə ciddi haçalanmaya və qarşıdurmaya apara bilər”.

Mənbə: https://sonxeber.az/385841/son-iller-olkede-qeyri-enenevi-dini-teriqetlerin-uzvlerinin-sayinda-artim-davam-edir-ceyhun-memmedov

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button