SON DƏQİQƏ! Məşhur azərbaycanlı aktrisa DÜNYASINI DƏYİŞDİ – FOTO

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Məsumə Babayeva dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə paylaşım ediblər.
Qeyd olunub ki, 74 yaşlı M.Babayeva uzun sürən xəstəlik səbəbindən vəfat edib.
Xatırladaq ki, Məsumə Mustafa qızı Babayeva 23 sentyabr 1951-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Tələbə ikən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında bəzi tamaşalarda uşaq rollarında çıxış edib. 1972-ci ildə institutu bitirdikdən sonra uzun illər Milli Gənc Tamaşaçılar Teatrında işləyib.
Teatrda çalışdığı illər ərzində çoxsaylı, rəngarəng obrazlar yaradıb. “Qaraca qız”, “Əlvida, Hindistan”, “Mənim nəğməkar bibim” adlı tamaşalarda, “Qovğalı kəndinin gecələri”, “Günaydın, mələyim!”, “Qocalar”, “İstanbul reysi”, “Şəbəkə”, “Bir ovuc torpaq” filmlərində yaratdığı parlaq obrazlarla tamaşaçıların dərin rəğbətini qazanıb.
Aktrisa 10 mart 2014-cü ildə “Fəxri Mədəniyyət İşçisi” döş nişanı, 10 mart 2016-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının “Sənətkar” medalı ilə təltif edilib. 10 dekabr 2018-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib.
Mənbə: https://sonxeber.az/386075/son-deqiqe-meshur-azerbaycanli-dunyasini-deyisdi-foto



