Hadise
Şirniyyatın içindən siqaret kötüyü çıxdı

Balıkesirin Bandırma rayonunda fəaliyyət göstərən un məmulatları istehsalı müəssisəsində aparılan yoxlamalar zamanı son istifadə tarixi keçmiş məhsullar aşkarlanıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə bir vətəndaşın şikayəti əsasında başladılan araşdırmadan sonra ictimaiyyətin diqqətini cəlb edib.
Əldə olunan məlumata görə, bir vətəndaş şokoladlı kökə (kurabiye) aldıqdan sonra məhsulu yeyərkən onun içindən siqaret kötüyü çıxdığını iddia edib.
Şikayətdən sonra müvafiq qurumlar dərhal hərəkətə keçərək göstərilən müəssisədə yoxlama aparıblar.
Mənbə: https://sonxeber.az/384681/sirniyyatin-icinden-siqaret-kotuyu-cixdi



