Şirniyyat evində dəhşət: Səbəbsiz yerə bıçaqla hücum etdi – VİDEO

Samsunun İlkadım rayonunda bir çörəkxananın şirniyyat bölməsində baş verən hadisə böyük qorxuya səbəb olub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, məlumata görə, orada əyləşən 17 və 19 yaşlı iki gənc eyni masada oturduqları şəxsiyyəti hələlik müəyyən edilməyən bir şəxsin bıçaqlı hücumuna məruz qalıb.
Təhlükəsizlik kameralarına saniyə-saniyə əks olunan hücum anları cəmiyyətdə təhlükəsizliklə bağlı narahatlıqları yenidən gündəmə gətirib.
Hadisə ilə bağlı araşdırma aparılır, şübhəli şəxsin saxlanılması istiqamətində işlər davam etdirilir.
Video ucun menbeyey baxin: https://sonxeber.az/385714/sirniyyat-evinde-dehset-sebebsiz-yere-bicaqla-hucum-etdi-video
Mənbə: https://sonxeber.az/385714/sirniyyat-evinde-dehset-sebebsiz-yere-bicaqla-hucum-etdi-video



