Sevgililər Gününü unudan kişi həyat yoldaşının könlünü almaq üçün görün nə etdi - VİDEO - Admenasi
Maraqli

Sevgililər Gününü unudan kişi həyat yoldaşının könlünü almaq üçün görün nə etdi – VİDEO

Türkiyənin Edirne şəhərində yaşayan ekskavator operatoru Sefa Kurt 14 Fevral – Sevgililər Gününü unutduğu üçün həyat yoldaşının könlünü almaq məqsədilə qeyri-adi üsula əl atıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Kurt eskavatorun ucuna bağladığı gül buketi və şarı yaşadıqları binanın eyvanına qədər qaldıraraq sürpriz edib. Ekskavator vasitəsilə edilən romantik jest həm həyat yoldaşını, həm də ətrafdakı sakinləri təəccübləndirib.

Binanın qarşısında baş tutan maraqlı mərasim qısa zamanda diqqət mərkəzinə çevrilib. Eyvana qədər uzanan çiçəkli sürpriz qarşısında Kurtun həyat yoldaşının sevincinin üzünə yansıdığı, həmin anların mobil telefonla lentə alındığı bildirilib.

Ortaya çıxan rəngarəng görüntülər Edirnədə Sevgililər Gününün ən çox müzakirə olunan sürprizlərindən biri kimi yadda qalıb.

Video ucun menbeyey baxin: https://sonxeber.az/388041/sevgililer-gununu-unudan-kisi-heyat-yoldasinin-konlunu-almaq-ucun-gorun-ne-etdi-video

Mənbə: https://sonxeber.az/388041/sevgililer-gununu-unudan-kisi-heyat-yoldasinin-konlunu-almaq-ucun-gorun-ne-etdi-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button