"Sevgili" üstündə bıçaqlanma: gənc ağır yaralandı - VİDEO - Admenasi
Hadise

“Sevgili” üstündə bıçaqlanma: gənc ağır yaralandı – VİDEO

Türkiyənin Əskişəhər şəhərində qız məsələsi zəminində baş verən mübahisə qanlı insidentlə nəticələnib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Tepebaşı rayonunun Hoşnudiye məhəlləsində, Tunç küçəsində yerləşən bir ünvanda baş verib. Məlumata görə, Mehmet S.Ü. (27) ilə M.A.K. (25) arasında sevgili ilə bağlı mesajlaşma zamanı başlayan mübahisə sonradan həmin ünvanda dava-dalaşa çevrilib.

Dava zamanı M.A.K. üzərində gətirdiyi bıçaqla Mehmet S.Ü.-yə boynunun sağ tərəfindən, boyun arxasından, qasıq nahiyəsindən və göbəyinin alt hissəsindən zərbələr endirib.

Hadisədən sonra şübhəli şəxs qaçıb, ağır yaralanan Mehmet S.Ü. isə qan içində yerə yıxılıb. Dərhal hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Çoxlu qan itirən və vəziyyəti ağır olan gənc ilkin tibbi yardımdan sonra Əskişəhər Yunus Emre Dövlət Xəstəxanasına aparılıb.

Qaçan şübhəli isə qısa müddətdə polis tərəfindən saxlanılaraq nəzarətə götürülüb. Faktla bağlı genişmiqyaslı araşdırma aparılır.

Video ucun menbeyey baxin: https://sonxeber.az/385175/sevgili-ustunde-bicaqlanma-genc-agir-yaralandi-video

Mənbə: https://sonxeber.az/385175/sevgili-ustunde-bicaqlanma-genc-agir-yaralandi-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button