Serxoş halda "102"-yə zəng edib narkotikin qiymətindən danışdı: Həbs olundu - Admenasi
Hadise

Serxoş halda “102”-yə zəng edib narkotikin qiymətindən danışdı: Həbs olundu

Serxoş halda İçəri İşlər Nazirliyinin “102”-yə zəng edərək nalayiq ifadələr işlədən şəxs inzibati qaydada məsuliyyətə cəlb olundu.

Sonxeber.azın “Teleqraf”a məlum olan xəbərə əsasən, 1986-cı təvəllüdlü Ç.V. “102”yə zəng edərək atasının vaxtilə vəzifədə olmuş şəxs tərəfindən qətlə yetirildiyini, 100 min manat pulunun mənimsənildiyinə dair əsassız şikayətlər edib.

On dan əlavə, digər rayonlarda narkotikin qiymətinin 10 manat olduğunu, Füzulidə isə 7 manata satıldığını bildirmişdir.

Ç.V. məhkəmədə özünü təqsirli hesab edərək, əməli sərxoş vəziyyətdə törətdiyini deməyə davam edib. O, spirtli içkinin təsiri altında törətdiyi əməldən peşman olduğunu dilə gətirib.

Məhkəmənin qərarına əsasən, barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə protokol tərtib edilmiş şəxs səkkiz sutka inzibati qaydada həbs olunub.

Mənbə: https://sonxeber.az/388385/serxos-halda-102ye-zeng-edib-narkotikin-qiymetinden-danisdi-hebs-olundu

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button