Sel fəlakəti zamanı ağacın üstündə doğulan "möcüzə körpə" vəfat etdi - Admenasi
Hadise

Sel fəlakəti zamanı ağacın üstündə doğulan “möcüzə körpə” vəfat etdi

2000-ci ildə Mozambikdə baş verən güclü sel fəlakəti zamanı anasının sığındığı ağacın üstündə dünyaya gələrək “möcüzə körpə” kimi yadda qalan Rosita Salvador Mabuiango 25 yaşında həyatını itirib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, Rosita uzun müddət ağır xəstəliklə mübarizə aparırdı. Onun vəfatı Mozambik ictimaiyyətində dərin kədər hissi ilə qarşılanıb.

Qeyd edək ki, Rosita Salvador Mabuiango doğulduğu gün yaşanan dramatik hadisə ilə təkcə ölkəsində deyil, beynəlxalq mediada da böyük marağa səbəb olmuşdu.

Mənbə: https://sonxeber.az/385213/sel-felaketi-zamani-agacin-ustunde-dogulan-mocuze-korpe-vefat-etdi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button