Salyanda "Mercedes" ilə "Hyundai" toqquşdu - Ölən və yaralanan var - Admenasi
Sosial

Salyanda “Mercedes” ilə “Hyundai” toqquşdu – Ölən və yaralanan var

Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, “Mercedes” markalı yük avtomobili ilə “Hyundai” markalı minik avtomobili toqquşub. Toqquşma zamanı minik avtomobilində olan rayon sakini, 1963-cü il təvəllüdlü Axundov Aydın Sabir oğlu aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Digər sərnişin, 36 yaşlı Coşqun Hüseynov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Mənbə: https://sonxeber.az/385719/salyanda-mercedes-ile-hyundai-toqqusdu-olen-ve-yaralanan-var

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button