Sabah metro və avtobuslarda SIXLIQ ARTACAQ - SƏBƏB - Admenasi
Sosial

Sabah metro və avtobuslarda SIXLIQ ARTACAQ – SƏBƏB

Azərbaycanda ali təhsil müəssisələrində yaz semestrinin başlaması ilə əlaqədar olaraq paytaxtda ictimai nəqliyyatda sərnişin sıxlığının artacağı gözlənilir.

Metbuat.az-ın məlumatına görə, xüsusilə səhər və axşam saatlarında tələbələrin dərsə gediş-gəlişi ilə bağlı Bakı Metropoliteni stansiyalarında və şəhərdaxili avtobus marşrutlarında sıxlıq müşahidə oluna bilər. Bu hal ən çox universitetlərin yerləşdiyi ərazilərə yaxın nəqliyyat xətlərində özünü göstərəcək.

Qeyd edək ki, yeni tədris dövrünün başlaması ilə təkcə tələbələr deyil, müəllim heyətinin də aktiv şəkildə dərs prosesinə qayıtması şəhərin nəqliyyat infrastrukturunda əlavə yüklənməyə səbəb olacaq.

Mənbə: https://sonxeber.az/387939/sabah-metro-ve-avtobuslarda-sixliq-artacaq-sebeb

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button