Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaqdır - Admenasi
Sosial

Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaqdır

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) fevralın 25-də Ramiz Mehdiyevin məsələsinə baxılacaqdır.

Sonxeber.az-ın “Report”a istinadən məlumatına əsasən, sabah AMEA-nın Rəyasət Heyətinin iclası keçiriləcək və gündəliyə daxil olan iki məsələdən biri Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvlüyündən xaric edilməsidir.

İclasda müzakirə ediləcək ikinci məsələ AMEA-nın illik hesabatının dinlənilməsidir.

Qeyd edək ki, DTX-də başlanan cinayət işi ilə bağlı Ramiz Mehdiyev AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Mənbə: https://sonxeber.az/388582/sabah-amea-da-ramiz-mehdiyevin-meselesine-baxilacaq

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button