Saatlarla əməliyyatda olan Ufuk Özkanla bağlı yeni məlumat açıqlandı - Admenasi
Şou biznes xəbərləri

Saatlarla əməliyyatda olan Ufuk Özkanla bağlı yeni məlumat açıqlandı

Qaraciyər çatışmazlığı səbəbilə orqan köçürülməsi həyata keçirilən türkiyəli aktyor Ufuk Özkanın əməliyyatı başa çatıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, məlumata görə, təxminən 11 saat davam edən cərrahi müdaxilə uğurla tamamlanıb.

Xəstəxanadan verilən rəsmi açıqlamada Ufuk Özkanın səhhətinin qənaətbəxş olduğu bildirilib. Qeyd olunub ki, aktyorun müalicəsi hazırda reanimasiya şöbəsində davam etdirilir və həkimlərin nəzarəti altındadır.

Özkanın sağlamlıq vəziyyəti ilə bağlı növbəti günlərdə əlavə məlumatların veriləcəyi gözlənilir.

Mənbə: https://sonxeber.az/386953/saatlarla-emeliyyatda-olan-ufuk-ozkanla-bagli-yeni-melumat-aciqlandi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button