Səudiyyə Ərəbistanında 7 təbii mumiyalaşmış pişik skeleti tapılıb - VİDEO - Admenasi
Dunyada

Səudiyyə Ərəbistanında 7 təbii mumiyalaşmış pişik skeleti tapılıb – VİDEO

Səudiyyə Ərəbistanının şimalında, Arar şəhəri yaxınlığındakı Lauga mağara şəbəkəsində aparılan arxeoloji qazıntılarda elm adamları təbii yollarla mumiyalaşmış 7 pişik skeleti və əlavə olaraq 54 çita qalıqları aşkar ediblər.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, arxeoloqlar və biologlar tərəfindən 2022-2023-cü illərdə aparılan qazıntılarda tapılan qalıqların yaşı 130 ilə 1.800 il arasında dəyişir. Bu tapıntılar, çita pişiklərinin bölgədə uzun müddət yaşadığını və tarixdən əvvəlki dövrlərdə buranın ekosisteminin vacib bir hissəsi olduğunu göstərir.

Kəşf nəhəng məməlilərdə təbii mumiyalanmanın çox nadir baş verdiyi şəraitdə həyata keçirilib. Mağaraların quru və sabit iqlimi çitaların hətta yumşaq toxumalarının belə qorunmasına imkan verib. Bu vəziyyət elm dünyası üçün böyük əhəmiyyət kəsb edir, çünki Afrikadan və Asiyadan kənarda çitaların bu qədər yaxşı qorunmuş nümunələri əvvəllər qeydə alınmayıb.

Mütəxəssislər bildirirlər ki, bu qədim qalıqlar yalnız tarixdən əvvəlki çita populyasiyalarının xəritəsini çıxarmağa kömək etmir, həm də bölgədəki bioloji müxtəlifliyin tarixini anlamağa şərait yaradır. Bundan əlavə, bu tapıntılar çitaların bölgəyə yenidən gətirilməsi üçün gələcək layihələrə də işıq tuta bilər.

Qeyd edək ki, Arap yarımadasında çitalar 1970-ci illərdən etibarən vəhşi halda müşahidə olunmayıb. Yaşayış yerlərinin itirilməsi, ovlanma və ovun azalması səbəbləri ilə bu böyük pişiklər bölgədən tamamilə çəkilib. Tarixi izlərin tapılması isə elm dünyasında böyük maraq doğurub.

Video ucun menbeyey baxin: https://sonxeber.az/385452/seudiyye-erebistaninda-7-tebii-mumiyalasmis-pisik-skeleti-tapilib-video

Mənbə: https://sonxeber.az/385452/seudiyye-erebistaninda-7-tebii-mumiyalasmis-pisik-skeleti-tapilib-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button