Sərxoş futbolçu gənc qızı vurdu

Samsunun Atakum rayonunda yolu keçmək istəyən 18 yaşlı Medine Nur A. avtomobilin vurması nəticəsində ağır xəsarət alıb. Qəzadan sonra saxlanılan sürücünün 0,97 promil spirtli içki qəbul etdiyi müəyyən edilib.
Sonxeber.az türk mediaslna istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında Denizevleri məhəlləsində, Atatürk bulvarında baş verib. Atakum Belediyespor klubunun futbolçusu olduğu bildirilən Faruk T.-nin idarə etdiyi “55 AOZ 495” dövlət nömrə nişanlı avtomobil yolu keçməyə çalışan Medine Nur A.-nı vurub. Qəza nəticəsində gənc qız ağır yaralanıb.
Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralı ilkin tibbi yardımdan sonra xəstəxanaya çatdırılaraq müalicəyə alınıb.
Polis sürücü Faruk T.-ni saxlayıb. Aparılan yoxlama zamanı onun 0,97 promil sərxoş olduğu aşkarlanıb. Faktla bağlı araşdırma davam etdirilir.
Mənbə: https://sonxeber.az/384572/serxos-futbolcu-genc-qizi-vurdu



