Şəlalədə selfi çəkdirmək istəyən gənc futbolçu yıxılıb öldü - Admenasi
Idman

Şəlalədə selfi çəkdirmək istəyən gənc futbolçu yıxılıb öldü

Fransalı futbolçu Aleksis Verqos Tailandın Samui adasında şəlalə yaxınlığında selfi çəkməyə cəhd edərkən yıxılaraq həlak olub.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə idmançı sevgilisi ilə birlikdə istirahətdə olarkən Na Muang 2 şəlaləsi yaxınlığında baş verib.

Gənc futbolçu büdrəyərək sürüşkən qayaların üzərindən yıxılıb və ağır baş travması nəticəsində həyatını itirib. Futbolçunun sevgilisi isə ağacın budağından yapışaraq sağ qala bilib, lakin ağır psixoloji sarsıntı keçirib.

Aleksis Verqosun cəmi 22 yaşı var idi. Gənc futbolçu Fransanın həvəskar futbol klubunda çıxış edirdi.

Mənbə: https://sonxeber.az/384986/selalede-selfi-cekdirmek-isteyen-genc-futbolcu-yixilib-oldu

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button