RUsiyanın Baykal gölündə FACİƏ: Yeddi nəfərin cəsədi tapıldı

Rusiyada qəza nəticəsində içərisində olduqları UAZ-la birgə Baykal gölünün buz qatının altına düşən yeddi nəfərin cəsədi tapılıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsindən məlumat verilib.
“Olxon rayonunda, Xoboy burnu yaxınlığında insanları aparan avtomobilin gölə düşdüyü yer aşkar edilib. Hadisə yerindəki dərinlik 18 metr təşkil edir. Xilasedicilər sualtı kamera vasitəsilə araşdırma aparıblar. Yeddi nəfərin cəsədi tapılıb”, – deyə məlumatda bildirilib.
Rusiyanın Baykal gölündə səkkiz nəfər faciəli şəkildə həlak olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “Baza” “Telegram” kanalı məlumat verib.
Məlumata görə, UAZ markalı nəqliyyat vasitəsi Çindən olan turistləri ekskursiyaya aparırmış. Qeyd edilir ki, sürücü qalın buz qatında çatı görməyib və avtomobil gölə düşüb.
Bildirilir ki, nəqliyyat vasitəsinin içində olan doqquz nəfərdən yalnız bir turist xilas olub. İlkin məlumatlara görə, yerli sürücü və yeddi Çin vətəndaşını xilas etmək mümkün olmayıb.
Hadisə yerində İrkutsk polisi əməkdaşları araşdırma aparırlar.
Mənbə: https://sonxeber.az/388291/rusiyanin-baykal-golunde-facie-yeddi-neferin-cesedi-tapildi



