Dunyada
Rusiyada texnikumda silahlı insident – 1 ölü, 2 yaralı

Rusiyanın Krasnodar diyarında texnikumda silahlı insident baş verib.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, hadisə diyarın Anapa şəhərində qeydə alınıb.
Məlumata görə, təhsil müəssisəsinin tələbəsi texnikumun dəhlizində insanlara atəş açıb.
Nəticədə 1 nəfər həlak olub, daha 2 nəfər isə yaralanıb. Ölənin texnikumun mühafizəçisi olduğu bildirilir.
Tələbənin atəş açdığı silahın növü hələ müəyyən edilməyib.
Mənbə: https://sonxeber.az/387570/rusiyada-texnikumda-silahli-insident-1-olu-2-yarali



