Rusiyada Hüseyn Həsənova qarşı daha bir ittiham - Admenasi
Dunyada

Rusiyada Hüseyn Həsənova qarşı daha bir ittiham

170 milyon rubl vergi ödəməkdən yayınmaqda ittiham olunan blogger Hüseyn Həsənovun fərdi sahibkar kimi də vergi borcu var.

Axşam.az xəbər verir ki, bu haqda hüquq-mühafizə orqanlarından “TASS”a bildiriblər. Nəşrin məlumatına görə, sözügedən məbləğ 61.000 rubl (təxminən 1200 manat) təşkil edir. Qeyd olunur ki, ötən may ayında bloggerə qarşı qiyabi olaraq çirkli pulların yuyulması ittihamı irəli sürülüb.

Xatırladaq ki, noyabrda çirkli pulların yuyulmasında ittiham olunan Hüseyn Həsənov Rusiyada federal axtarış siyahısına salınıb. Aprelin sonunda Moskvanın Çertanovski Rayon Məhkəməsi bloggerin qiyabi həbsinə qərar verib.

Mənbə: https://sonxeber.az/384488/rusiyada-huseyn-hesenova-qarsi-daha-bir-ittiham

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button