Rusiyada hamiləlik və doğuş müavinəti 100 faiz artırılır: məbləğ bu qədər olacaq - Admenasi
Dunyada

Rusiyada hamiləlik və doğuş müavinəti 100 faiz artırılır: məbləğ bu qədər olacaq

Rusiyada hamiləlik və doğuşla bağlı müavinət bundan sonra qadının son iki il üzrə orta aylıq qazancının 100 faizi həcmində ödəniləcək.

Musavat.com xəbər verir ki, bu il üçün müavinətin minimum məbləği 123 min rubl (təxminən 2 200 manat), maksimumu isə 955 min rubl (təxminən 17 100 manat) arasında dəyişəcək.

Qaydaya əsasən, bu ödəniş yalnız standart dekret məzuniyyəti üçün nəzərdə tutulur və onun müddəti 140 gün təşkil edir. Doğuş zamanı fəsadlar yaranarsa, məzuniyyət müddəti 156 günədək uzadılır.

Qanunvericiliyə görə, qadın doğuşdan sonra işləməyə davam edərsə, müavinət almaq hüququnu itirir.

Qeyd edək ki, əvvəlki qaydalara əsasən hamiləlik və doğuş müavinətinin minimum məbləği 103 min rubl (təxminən 1 850 manat), maksimumu isə 794 min rubl (təxminən 14 200 manat) idi.

Mənbə: https://sonxeber.az/386780/rusiyada-hamilelik-ve-dogus-muavineti-100-faiz-artirilir-mebleg-bu-qeder-olacaq

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button