Rusiya-Ukrayna müharibəsində daha 6 azərbaycanlı həlak oldu – Siyahı

Sonxeber.az Modern.az-a istinadədən xəbər verir ki, döyüş əməliyyatları zamanı Rusiya tərəfindən vuruşan daha 6 soydaşımız Ukrayna ordusu ilə döyüşlərdə həlak olub.
Həlak olan azərbaycanlıların adlarını təqdim edirik:
Mirzə Nazim oğlu Şahüseynov – Dağıstan Respublikasının Dərbənd şəhərində yaşayıb,
Niyazi Nazim oğlu Ağayev – Voronej vilayətinin Liski qəsəbəsində yaşayıb,
Telman Harun oğlu Yaqubov (4 avqust 1978) – Moskvada yaşayıb,
Arif Qulu oğlu Haqverdiyev (7 iyul 1982) – Krasnodar diyarının Armavir şəhərində yaşayıb,
Etibar Arif oğlu Abbasov (9 iyun 1992) – Adıgeya respublikasında yaşayıb,
Rəşid İslam oğlu Nəbiyev (17 may 1977) – Krasnodar diyarının Apşeronsk şəhərində yaşayıb.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri müxtəlif mənbələrin məlumatına görə, Rusiya ordusunun tərkibində döyüşlərdə həlak olan azərbaycanlıların sayı mütəmadi olaraq artır. Həlak olanların bir qismi Rusiya vətəndaşı, digərləri isə müxtəlif illərdə həmin ölkədə məskunlaşmış Azərbaycan vətəndaşlarıdır.
Mənbə: https://sonxeber.az/386942/muharibede-daha-6-azerbaycanli-helak-oldu-siyahi



