Rus komandir öz əsgərlərini qarlı havada ağaca bağlayıb, işkəncə etdi – VİDEO

Ukrayna cəbhəsində xidmət etdiyi bildirilən rusiyalı bir komandirin əsgərlərə qarşı qeyri-insani rəftarını əks etdirən görüntülər ictimaiyyətə sızıb.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, kadrlarda döyüşməkdən imtina etdikləri və ya mövqelərini tərk etdikləri iddia olunan hərbçilərin şaxtalı havada soyundurularaq ağaclara bağlandığı görünür.
Məlumata görə, yarıçılpaq vəziyyətdə olan əsgərlərin boynundan “axmaq”, “alkoqolik”, “qorxaq” kimi sözlərin yazıldığı lövhələr asılıb. Əsgərlərdən birinin boynundakı lövhədə isə “Komandir haqqında şikayət etmişəm” ifadəsinin yer aldığı diqqət çəkib.
İddialara əsasən, sözügedən komandir videoda söyüşlər işlədərək ağaca bağlanan əsgərlərin digər bölmələrin həyatını təhlükəyə atdığını bildirib və bəzi hərbçiləri döyüb. Kadrlarda əsgərlərin üzr istəyərək eyni səhvi təkrarlamayacaqlarını dedikləri, eləcə də bəzilərinin qar yeməyə məcbur edildiyi anlar da əks olunub.
Məsələ ilə bağlı rəsmi qurumların açıqlaması hələlik yayımlanmayıb. Hadisə sosial mediada və beynəlxalq ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.
Video ucun menbeyey baxin: https://sonxeber.az/388048/rus-komandir-oz-esgerlerini-qarli-havada-agaca-baglayib-iskence-etdi-video



