Ronaldonu ticarət mərkəzində görən insanlar izdiham yaradıb – VİDEO

Dünyaca məşhur futbolçu Kristiano Ronaldo Dubayda ziyarət etdiyi ticarət mərkəzində azarkeşlərin böyük marağı ilə qarşılaşıb.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, portuqaliyalı ulduz, qısa müddətdə ətrafını saran izdiham səbəbindən təhlükəsizlik işçiləri tərəfindən nəzarətli şəkildə mərkəzdən çıxarılıb.
Hadisə zamanı ticarət mərkəzi daxilində hərəkət etməkdə çətinlik çəkən Ronaldo üçün geniş təhlükəsizlik tədbirləri görülüb. Təhlükəsizlik işçiləri tərəfindən ətrafına kordon çəkilən futbolçu izdihamın arasından sakit və nəzarətli şəkildə çıxarılıb. Bu anlar isə ziyarətçilərin mobil telefon kameralarına düşüb.
Məlumata görə, Ronaldo sakit davranışını qorusa da, azarkeşlərin böyük marağı səbəbindən ziyarət qısa müddət ərzində yekunlaşıb.
Video ucun menbeyey baxin: https://sonxeber.az/387078/ronaldonu-ticaret-merkezinde-goren-insanlar-izdiham-yaradib-video
Mənbə: https://sonxeber.az/387078/ronaldonu-ticaret-merkezinde-goren-insanlar-izdiham-yaradib-video



