Rəqsanənin əri: Qalmaqalları yatışdırmaq məqsədilə…

Müğənni Rəqsanə İsmayılova həbsxanadan çıxdıqdan sonra ilkin dəfə həyat yoldaşı Fazil Əmiraslanov ilə kamera qarşısına keçdi.
Milli.Az xəbər verir ki, Rəqsanənin əri ilə “Bir gün” verilişində açıqlamalar verildi.
F. Əmiraslanov, xanımına qalmaqallar barədə xəbərdarlıq etdiyini söylədi: “Müğənnilik çox çətin peşədir. Günlük 100 qədər deyirəm, ki qalmaqaldan, söz-söhbətdən uzaq olsun. Bu qalmaqallar video yazıya alınır, bitib-getmir. Çalışmaq lazımdır ki, illər keçəndən sonra, uşaqlarımızın başına taqqıldatmasınlar. Hətta bu gün də ona qışqırmışam. Lazım deyil, heç kimlə qalmaqal etmək”.
Ayrılıq iddialarından da danışan cütlük, münasibətlərində hər şeyin qaydasında olduğunu söylədi. “Biz uşaq-muşaq, deyilik ki, ayrılaq. Körpə qızbalaramız var, onları böyütməliyik, əllərini çörəyə çatdırmalıyıq” deyə Fazil Əmiraslanov bildirdi.
Mənbə: https://sonxeber.az/388416/reqsanenin-eri-ustune-qisqirmisam-ki



