Rəqs etmək üçün səhnəyə çıxan bələdiyyə sədri son anda ölümdən dönüb – VİDEO

Türkiyənin Aydın vilayətinin Kuyucak rayonunda keçirilən tədbirdə əyləncə ilə qorxu dolu anlar eyni vaxtda yaşanıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, məhəllə bazarının ərazisində təşkil olunan tədbirə sakinlər böyük maraq göstərib. Proqram zamanı səhnəyə dəvət olunan bələdiyyə sədri Uğur Doğanca zeybək rəqsi ifa edib.
Onun səhnədəki çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Lakin Doğanca səhnədən endikdən dərhal sonra qəfil güclənən fırtına səhnə quruluşuna zərbə vurub.
Sədrin bir neçə saniyə əvvəl dayandığı hissənin arxasında yerləşən nəhəng LED ekran güclü səs-küylə səhnənin üzərinə aşıb.
Bələdiyyə sədrinin səhnəni vaxtında tərk etməsi mümkün faciənin qarşısını alıb.
Hadisə ərazidə olan şəxslər tərəfindən lentə alınaraq sosial şəbəkələrdə yayılıb.
Video ucun menbeyey baxin: https://sonxeber.az/386803/reqs-etmek-ucun-sehneye-cixan-belediyye-sedri-son-anda-olumden-donub-video



