Qusarda 22 yaşlı gənc faciəli şəkildə HƏYATINI İTİRDİ - TƏFƏRRÜAT - Admenasi
Hadise

Qusarda 22 yaşlı gənc faciəli şəkildə HƏYATINI İTİRDİ – TƏFƏRRÜAT

Qusar rayonunda 22 yaşlı gənc bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Hadisə rayonun İmamqulukənd ərazisində baş verib. Belə ki, kənd sakini Fəzail Əbiyevin cansız bədəni yaşadığı evin hamamında aşkarlanıb. Onun dəm qazından zəhərlənərək öldüyü bildirilir. “Onu çağırdım, amma cavab vermədi. Hamamın qapısını sındırıb içəri girdim. Gördüm ki, yerdə uzanıb. Çölə çıxarıb süni nəfəs verdim, amma xeyri olmadı. Qardaşım Birinci Qarabağ Müharibəsində şəhid olub. Oğluma onun adını qoymuşdum. 1994-cü il yanvarın 14-də şəhid olub”, – mərhumun atası Fariz Əbiyev söyləyib. Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.(oxu.az)

Mənbə: https://sonxeber.az/386134/qusarda-22-yasli-genc-facieli-sekilde-heyatini-itirdi-teferruat

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button