Qurani-Kərim kursunda uşaqlara zorakılıq: kamera baş verənləri anbaan qeydə aldı – VİDEO

Samsunun Kalkanca bölgəsində yerləşən Regional Yatılı Hafizlik Qurani-Kərim Kursunda uşaqlara qarşı zorakılıq tətbiq edildiyi iddia olunan anlar təhlükəsizlik kameralarına düşüb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, görüntülərdə uşaqlara fiziki şiddət göstərildiyi saniyə-saniyə əks olunub.
Yayılan kadrlar cəmiyyətdə ciddi narahatlıq yaradıb və sosial şəbəkələrdə böyük rezonans doğurub. Hadisə ilə bağlı aidiyyəti qurumların araşdırmalara başladığı bildirilir.
Məsələ ilə bağlı rəsmi qurumlardan açıqlama gözlənilir. Hadisə uşaqların təhlükəsizliyi və təhsil müəssisələrində nəzarət mexanizmlərinin gücləndirilməsi məsələsini yenidən gündəmə gətirib.
Video ucun menbeyey baxin: https://sonxeber.az/385712/qurani-kerim-kursunda-usaqlara-zorakiliq-kamera-bas-verenleri-anbaan-qeyde-aldi-video



