Qurani-Kərim kursunda cinayət işi - Admenasi
Hadise

Qurani-Kərim kursunda cinayət işi

Diyarbəkirdə Qurani-Kərim kursunda baş verən silahlı hücum nəticəsində 49 yaşlı Yasin Acun həyatını itirib. Məlum olub ki, Acun hadisənin baş verdiyi kursa oğlunu qeydiyyatdan keçirmək məqsədilə gəlibmiş.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında Bağlar rayonunun Bağcılar məhəlləsində qeydə alınıb. Maska taxmış iki nəfər – M.E.Y. və E.Y. Qurani-Kərim kursunun binasına daxil olaraq ov tüfəngi ilə atəş açıb. Hücum nəticəsində Yasin Acun hadisə yerində ölüb, kursun təhlükəsizlik əməkdaşı O.Ç. (34) isə yaralanıb. Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə polis və təcili tibbi yardım briqadaları cəlb olunub.Yaralı ilkin tibbi yardımdan sonra xəstəxanaya yerləşdirilib.

Araşdırmalar zamanı saxlanılan şəxslərin 2024-cü ildə qətlə yetirilmiş Veysi Yalçının qardaşları olduğu və hadisənin şəxsi ədavət zəminində baş verdiyi bildirilib.

Yasin Acunun meyiti Ədli Tibb Qurumunda aparılan tibbi ekspertizadan sonra ailəsinə təhvil verilib və Kayapınar rayonunun Kaldırım kəndində dəfn olunub.

Hadisə anı Qurani-Kərim kursunun təhlükəsizlik kameralarına da düşüb. Görüntülərdə silahlı şəxslərin binaya daxil olması, insanların panikaya düşməsi, eləcə də Yasin Acunun oğlunun hücum edən şəxslərdən birinin silahını tutaraq atəşin qarşısını almağa çalışdığı əks olunub.

Şübhəlinin uşağı təpiklə kənarlaşdırdıqdan sonra atəş açdığı və hadisə yerindən qaçdığı kadrlarda aydın görünür. Faktla bağlı istintaq davam etdirilir.

Mənbə: https://sonxeber.az/385280/qurani-kerim-kursunda-cinayet-isi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button