Hadise
Qonşusunun damını təmir edərkən yıxılmışdı – 15 gün sonra öldü

Lənkəranda hündürlükdən yıxılan kişi xəstəxanada ölüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə yanvarın 7-si Liman şəhərində baş verib.
Şəhər sakini 1971-ci il təvəllüdlü Çingiz Ağamalı oğlu Əliyev həmin gün qonşusuna məxsus evin damını təmir edərkən ehtiyatsızlıqdan yıxılıb.
Ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilən Ç.Əliyev yanvarın 22-si vəfat edib.
Mənbə: https://sonxeber.az/385966/qonsusunun-damini-temir-ederken-yixilmisdi-15-gun-sonra-oldu



