Qonşular evə hücum edib uşağın başını yardılar - VİDEO - Admenasi
Hadise

Qonşular evə hücum edib uşağın başını yardılar – VİDEO

Yalovanın Çınarcık rayonunda qonşuların “uşaq səsi” üstündə yaranan mübahisə ağır zorakılıq hadisəsinə çevirilib.

Sonxəber.az türk mediasına istinadən xəbər verir ki, 34 yaşlı Muhammed Baca və övladı İkran qonşularının dəyənəklə hücumuna məruz qalıb. Nəticədə atanın burnu sınıb, azyaşlının isə kəllə sümüyündə çat əmələ gəlib.

Hadisə Çınarcık rayonunun Esenköy qəsəbəsində baş verib. Məlumata görə, Baca ailəsi təxminən bir il əvvəl 4 övladı ilə birlikdə yeni aldıqları evə köçüb. Eyni binada yaşayan digər ailə ilə uşaqların ağlamaq səsinə görə tez-tez mübahisələr yaşanıb. Bildirilir ki, tərəflər arasındakı gərginlik zaman-zaman təhdid həddinə qədər yüksəlib.

Son olaraq fevralın 20-də baş verən insident zamanı Muhammed Baca 14 aylıq qızı İkranı qucağında saxladığı anda Şener E. adlı şəxs tərəfindən dəyənəklə vurulduğu iddia edilir. Hücum nəticəsində ata ağır xəsarət alıb, körpənin isə kəllə sümüyündə çat yaranıb.

Yaralı ata və övladı dərhal Yalova Eğitim ve Araştırma Hastanesi xəstəxanasına çatdırılıb və müalicə alır.

Hadisə ilə bağlı açıqlama verən Türkiyənin ədliyyə naziri Akın Gürlek bildirib ki, ata və azyaşlıya qarşı zor tətbiq etməkdə şübhəli bilinən şəxs saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Video ucun menbeyey baxin: https://sonxeber.az/388512/qonsular-azyaslinin-aglamaq-sesine-gore-evlerine-hucum-edib-usagin-basini-yardilar-video

Mənbə: https://sonxeber.az/388512/qonsular-azyaslinin-aglamaq-sesine-gore-evlerine-hucum-edib-usagin-basini-yardilar-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button