Qonşu ölkədə polis telefonlara bu mesajı göndərməyə başladı

İranda iqtisadi problemlər səbəbindən başlayan etiraz aksiyaları 15-ci günündə də davam edir. Qonşu ölkədə etirazlar zamanı həlak olanların sayının 538 nəfərə çatdığı bildirilir.
Sonxeber.az xarici mediaya istinadən xəbrə verir ki, baş verən hadisələr fonunda İran polisi valideynlərə yönəlik yeni addım atıb. Belə ki, hüquq-mühafizə orqanları valideynlərin mobil telefonlarına övladlarını “üsyançılardan” uzaq tutmaları ilə bağlı xəbərdarlıq xarakterli qısa mesajlar göndərməyə başlayıb.
Göndərilən mesajda deyilir:
“Üsyançılarla qətiyyətli şəkildə mübarizə aparılacağına dair dəqiq qərarımıza uyğun olaraq, ailələrə gənclərinə və yeniyetmə yaşında olan uşaqlarına ciddi nəzarət etmələri xüsusilə tövsiyə olunur.”
Bu addım ölkədə etirazların səngimədiyini və hakimiyyətin aksiyaların qarşısını almaq üçün nəzarət tədbirlərini sərtləşdirdiyini göstərir. Rəsmi açıqlamalara baxmayaraq, yayımlanan görüntülər və məlumatlar etirazların müxtəlif şəhərlərdə davam etdiyini ortaya qoyur.
Mənbə: https://sonxeber.az/385149/qonsu-olkede-polis-telefonlara-bu-mesaji-gondermeye-basladi



