Qoç sahibinə hücum etdi: kişi ağır xəsarət aldı – VİDEO

Türkiyənin İstanbul şəhərinin Silivri rayonunda saxlanılan bir qoç öz sahibinə hücum edib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Semizkumlar məhəlləsində yerləşən yaşayış kompleksində baş verib. Məlumata görə, Fikret B. saxladığı qoçun hücumuna məruz qalıb. Hücum zamanı kişi tək olub və ağır şəkildə xəsarət alıb, qabırğalarında sınıqlar yaranıb.
Öz imkanları ilə hücumdan xilas olan Fikret B. Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasına çatdırılıb. Hadisədən sonra qoçun kəsildiyi bildirilib.
Təhlükəsizlik kameralarının görüntülərində qoçun Fikret B.-yə dəqiqələrlə hücum etdiyi, hadisədən sonra isə kişinin hücum etdiyi heyvanla birlikdə ərazidən uzaqlaşdığı anlar əks olunub.
Video ucun menbeyey baxin: https://sonxeber.az/385164/qoc-sahibine-hucum-etdi-kisi-agir-xesaret-aldi-video
Mənbə: https://sonxeber.az/385164/qoc-sahibine-hucum-etdi-kisi-agir-xesaret-aldi-video



