Qız qrupundan dəhşətli zorakılıq: istəklərinə nail olmayanda şiddətə əl atdılar - VİDEO - Admenasi
Hadise

Qız qrupundan dəhşətli zorakılıq: istəklərinə nail olmayanda şiddətə əl atdılar – VİDEO

Türkiyənin Bolu şəhərində dəhşətli zorakılıq hadisəsi baş verib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, məktəbdən sonra evlərinə getmək istəyən orta məktəb şagirdi olan azyaşlı qızlar yaşca özlərindən böyük bir qız qrupu tərəfindən parkda mühasirəyə alınıb və dəqiqələrlə döyülüb.

İlkin məlumata görə, hücum edən qızların azyaşlılardan zorla pul tələb etdiyi iddia olunur. İstədiklərini əldə edə bilməyən qrupun uşaqlara qarşı fiziki zorakılıq göstərdiyi bildirilib. Hadisə zamanı yaşananlar mobil telefon kamerası ilə lentə alınıb.

Olaydan sonra xəsarət alan şagirdlərdən biri tibbi müayinədən keçirilib və ona döyülmə ilə bağlı rəsmi arayış verilib. Hadisə ictimaiyyətdə böyük narazılıq və narahatlıq doğurub.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb, zorakılığı törədən şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunacağı bildirilib. Hadisə azyaşlılara qarşı zorakılığın qarşısının alınması məsələsini yenidən gündəmə gətirib.

Video ucun menbeyey baxin: https://sonxeber.az/386925/qiz-qrupundan-dehsetli-zorakiliq-isteklerine-nail-olmayanda-siddete-el-atdilar-video

Mənbə: https://sonxeber.az/386925/qiz-qrupundan-dehsetli-zorakiliq-isteklerine-nail-olmayanda-siddete-el-atdilar-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button