Qız istəmə mərasimində gərgin dialoq sosial mediada diqqət çəkdi – VİDEO

Bir qız istəmə mərasimində gəlin namizədi qəhvə hazırlamaq üçün mətbəxə keçərkən, gələnin anası mətbəxə girərək xəbərdarlıq etdi
“Oğlumun qəhvəsinə duz qoymayın”.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, gəlin namizədi isə sakit və gülərüz cavab verdi:
“Qorxma, oğlun can çəkməz; buyur, çıxa bilərsən”,- deyə bəyin anasını mətbəxdən geri göndərdi.
Paylaşılan görüntülər qısa müddətdə sosial mediada yayıldı. İzləyicilərdən bəziləri dialoqu zarafatyana qarşılayarkən, bəziləri isə “Bu evlilik alınmaz” deyə şərh yazdılar.
Video ucun menbeyey baxin: https://sonxeber.az/388058/qiz-isteme-merasiminde-gergin-dialoq-sosial-mediada-diqqet-cekdi-video
Mənbə: https://sonxeber.az/388058/qiz-isteme-merasiminde-gergin-dialoq-sosial-mediada-diqqet-cekdi-video



