Qısa zaman sonra xidmətdən qayıdacaq yanğınsöndürənin atası: "Gözləyirdik" - VİDEO - Admenasi
Hadise

Qısa zaman sonra xidmətdən qayıdacaq yanğınsöndürənin atası: “Gözləyirdik” – VİDEO

Salyan rayonunda yanğınsöndürənə mane olan avtomobil maşın vurub. 42 yaşlı yanğınsöndürən Hakim Piriyev həlak olub. Hakim Piriyevin anası Şərqiyyə Piriyeva Baku TV-yə hadisə barədə danışarkən özü də özünü saxlaya bilməyib: “Mənə dedilər ki, əzilib. İşdə olub, əzilib. Balam sevinə-sevinə maşın aldı, maşınla balalarını məktəbə aparıb gətirirdi, sevinə-sevinə işə gedirdi. Balamı gözümlə gördüm meyitxanada. Gözlərim görməyəydi”. Mərhumun atası Şahlar Piriyev isə hadisələrlə bağlı bunları söyləyib: “Gözləyirdik, işdən gələcəykədi. Həmişə gəlirdi, gözləyirdik. Gəlib çatmadı”. Hadisə zamanı Xocalı kənd sakini, 37 yaşlı Elşən Tağıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ambulator müalicə üçün evə buraxılan Elşən Tağıyev hadisəni belə xatırlayır: “Səhər saatlarında yanğın hadisəsi ilə bağlı məlumat daxil oldu. Hava dumanlı olduğu üçün hadisə baş verdi. Yanğını söndürürdük, o da bərk gəldi, vurdu bizi”. 20 ilə yaxın müddətdə Fövqəladə Hallar Nazirliyinin müvafiq bölməsində xidmət edən Hakim Piriyev peşəsinə sadiq xilasedici kimi tanınıb.

Mənbə: https://sonxeber.az/388420/facieli-sekilde-helak-olan-yanginsondurenin-atasi-gozleyirdik-ki-isden-gelecek-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button