Qış Olimpiadasında diqqətçəkən hadisə: Performans zamanı geyim problemi - VİDEO - Admenasi
Hadise

Qış Olimpiadasında diqqətçəkən hadisə: Performans zamanı geyim problemi – VİDEO

2026-cı il Qış Olimpiya Oyunlarında buz rəqqasları Piper Gilles və tərəfdaşı Paul Poirier çıxışları zamanı gözlənilməz hadisə ilə üzləşiblər.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, performans əsnasında geyimlə bağlı insident yaşanıb.

Dönüş hərəkəti zamanı Poirierin qolundakı manjet Gillesin kolqotkasına ilişib. Nəticədə idmançının geyimi zədələnib və qısa müddətlik çətin anlar yaşanıb.

Hadisəyə baxmayaraq, cütlük proqramını yarımçıq saxlamayıb və çıxışlarını peşəkar şəkildə tamamlayıb. Arenada olan tamaşaçılar və ekran qarşısındakı milyonlarla izləyici həmin anlarda həyəcan yaşayıb.

İnsident ciddi nəticə doğurmasa da, yarışın ən çox müzakirə olunan məqamlarından birinə çevrilib.

Video ucun menbeyey baxin: https://sonxeber.az/387580/qis-olimpiadasinda-diqqetceken-hadise-performans-zamani-geyim-problemi-video

Mənbə: https://sonxeber.az/387580/qis-olimpiadasinda-diqqetceken-hadise-performans-zamani-geyim-problemi-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button