Qazi qumar borcu səbəbilə həyatına son qoyub – VİDEO

Türkiyənin Kayseri şəhərində terror qazisi Ferdi Çatal qumar borcu səbəbilə həyatına son qoyub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, 17 dekabr 2016-cı ildə baş vermiş terror hücumunda qazi olan Çatal səhər saatlarında həmin vaxt yaralandığı avtobus dayanacağına gələrək burada intihar edib.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Həkimlərin müayinəsi zamanı Ferdi Çatalın həyatını itirdiyi müəyyənləşdirilib. Polis hadisə yerində araşdırma aparıb, cəsəd isə müayinə üçün xəstəxananın morquna aparılıb.
İntihardan əvvəl vida videosu çəkən Ferdi Çatal videoda belə deyib:
“Hər kəs haqqını halal etsin. Qumar oynayan sonda həyatı ilə qumar oynayır. Bunu öyrəndim. Mən də yolun sonuna gəldim. Ailəmlə, hamı ilə münasibətlərim pozuldu. Mən qaziyəm, nüfuzumu itirdim. Hər şey ‘bir dəfədən nə olacaq ki’ ilə başladı. Təəssüf ki, asılı oldum.”
Qeyd olunub ki, mərhumun nəşi doğulduğu Kastamonu vilayətində torpağa tapşırılacaq.
Video ucun menbeyey baxin: https://sonxeber.az/385347/qazi-qumar-borcu-sebebile-heyatina-son-qoyub-video
Mənbə: https://sonxeber.az/385347/qazi-qumar-borcu-sebebile-heyatina-son-qoyub-video



